Siyasət

Tokayev TDT dövlət başçılarının qeyri-rəsmi görüşünün Qazaxıstanda keçirilməsini təklif edib


Prezident Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının növbəti qeyri-rəsmi görüşünün Qazaxıstanda keçirilməsini təklif edib. SİA-nın “Akorda”ya istinadən veridiyi məlumata görə, bu barədə Qazaxıstan Prezidenti TürkPA-ya üzv ölkələrin parlament sədrlərinin görüşündə bildirib.

“Macarıstanda TDT dövlət başçılarının bu yaxınlardakı qeyri-rəsmi görüşü məhsuldar olub. Qazaxıstan bu müsbət tendensiyanın davam etdirilməsində maraqlıdır. Bu baxımdan mən növbəti zirvə toplantısının Qazaxıstanda keçirilməsini təklif etdim”, – K.Tokayev vurğulayıb.

O bildirib ki, ölkə Parlament Assambleyasının təşəbbüslərini dəstəkləyir və türk inteqrasiyasına öz töhfəsini verməyə hazırdır: “Qazaxıstan Türk Dövlətləri Təşkilatının təsisçilərindən biridir. Biz hesab edirik ki, bu qurum ölkələrimizin iqtisadi, mədəni və humanitar inkişafına xüsusi təsir göstərir. Onun potensialı xalqlarımızın ümumi məqsədlərinə nail olmaq naminə istifadə edilməlidir”.