Türkiyədə daha bir hoteldə yanğın olub
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda hoteldə yanğın baş verib. SİA xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb. Məlumata görə, yanğın hotelin türk hamamı hissəsində çıxıb. Hadisə səbəbilə qonaqlar da təxliyə edilib. Tüstüdən zərər çəkənlərə təcili tibbi yardım maşınında ilk tibbi yardım göstərilib, 2 nəfər isə xəstəxanaya çatdırılıb. Yanğın zamanı obyektə ciddi ziyan dəydiyi bildirilir.
Xatırladaq ki, bu ilin əvvəlində Türkiyənin “Kartalkaya” xizək mərkəzində çıxan şiddətli yanğından sonra, ölkənin Turizm Nazirliyi ciddi araşdırmalara başlamış və qanun pozuntusu olan yüzlərlə hotelin fəaliyyətini dayandırmışdı.