Dünya

İsrail İrana hava zərbərləri endirir


İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İsrael Katz məlumat verib. Nazir ölkəsinin İrana “qabaqlayıcı zərbə” endirdiyini bəyan edib və bildirib ki, İranın gözlənilən cavabı ilə bağlı ölkədə fövqəladə vəziyyət elan olunub. Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib. İranın “Fars” agentliyi isə bildirib ki, İran paytaxtında azı 6 partlayış səsi eşidilib