İqtisadiyyat

KOBİA-nın təşkilatçılığı ilə mətbuat konfransı keçirilib


Bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov və “Marsol Group”un təsisçisi Tural Mustafayev iştirak edib. Onlar 18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi ilə bağlı media nümayəndələrinin suallarını cavablandırıblar.

Qeyd edək ki, sərgi yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması, biznes əlaqələrinin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması məqsədi daşıyır.