Dünya

Makron İsrailin İrana hücumlarından danışıb…


…İsrail İrana hücum etməklə özünümüdafiə və təhlükəsizlik hüququndan istifadə edir.

SİA-nın məlumatına görə, bu sözləri Fransa prezidenti Emmanuel Makron X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Makronun sözlərinə görə, Fransa İranın nüvə proqramını pisləyib və diplomatik vasitələrlə Tehrana təsir göstərməyə çalışıb.

…Bu kontekstdə Fransa İsrailin özünü müdafiə etmək və təhlükəsizliyini təmin etmək hüququnu bir daha təsdiqləyir, – respublika prezidentinin bəyanatında deyilir.

Prezident qeyd edib ki, Paris bölgədəki vətəndaşları, diplomatik nümayəndəlikləri və Fransa hərbi bazalarını qorumaq üçün bütün tədbirləri görəcək.

Makron həmçinin bildirib ki, Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını keçirib və baş verənləri, o cümlədən ABŞ prezidenti Donald Tramp və Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Səudiyyə Ərəbistanının səlahiyyətliləri ilə müzakirə edib.

Əli Babayev