Merz İrana zərbələr barədə əvvəlcədən məlumatlandırılıb…
Almaniya kansleri Fridrix Merz İrana planlaşdırılan zərbələr barədə İsrail tərəfi tərəfindən əvvəlcədən məlumatlandırılıb.
SİA xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
Bundan əvvəl Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti İsrailin baş naziri Benyamin Netanyahuunun Mersi İrana endirilən zərbələr və onların məqsədi barədə məlumatlandırdığını bildirmişdi.
…Federal kansler Fridrix Merz İrana qarşı gözlənilən hücumla bağlı qısa xəbərdarlıq intervalı ilə məlumatlandırılıb, – nəşr yazır.
Bildirilir ki, Merz İran ərazisinə qarşıdan gələn zərbə ilə bağlı xəbəri yerli vaxtla saat 2:30-da öyrənib.
İyunun 13-nə keçən gecə İsrail məqsədi İranın nüvə və raket proqramlarına zərər vurmaq olan “Am Kelavi” (“Aslan kimi millət”) əməliyyatına başladığını elan edib.
Bunun ardınca yəhudi dövlətinin ordusu Tehran və Nətənz də daxil olmaqla İslam Respublikasının bir neçə yaşayış məntəqəsinə hücumlar təşkil edib.
“Wall Street Journal” daha sonra yazıb ki, İsrail İrana qarşı əməliyyatı iki həftə ərzində başa çatdırmağı gözləyir.
Bundan əvvəl İsrail İranın nüvə silahı proqramının mərkəzinə zərbə endirdiyini elan etmişdi.
Əli Babayev