Moskva vilayətində avtobus “KamAZ” markalı yük maşınına çırpılıb…
Moskvanın Podolsk vilayətində avtobus “KamAZ” markalı yük maşınına çırpılıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə REN TV özünün Telegram kanalında regional Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Hadisə nəticəsində 6 sərnişin və sürücü xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, insident səbəbindən nəqliyyatın hərəkəti tamamilə bağlanıb.
…Moskva vilayətinin polisi qəzanın səbəblərini araşdırır, – məlumatda deyilir.
İyunun əvvəlində Moskvada Sierra Leone diplomatik nömrəli avtomobil yol qəzasına düşüb.
İlkin məlumata görə, sürücü xəstələnib. Bir müddət əvvəl Nikolo-Xovanskoye kəndində Moskva sakini əlini iPhone-a uzatdığı üçün avtomobilində su hövzəsinə uçub.
Nazlı Almuradova