Almaniyada rəsmi veteran bayramı keçirəcək…
Almaniya son onilliklərdən sonra ilk dəfə rəsmi veteran bayramı keçirəcək.
SİA-nın məlumatına görə, burada söhbət Vermaxt veteranlarından deyil, Bundesver veteranlarından gedir. Konsepsiya İkinci Dünya Müharibəsi hadisələri ilə əlaqəli olduğuna görə Almaniyada veteranlar xatırlanmırdı.
Almaniya hərbi mövzularda uzun müddətdir davam edən tabudan sonra İkinci Dünya Müharibəsindən sonra ilk veteran bayramını keçirəcək.
Frankfurt İnstitutunun tədqiqatçısı Sara Brokmayer-Lardj qeyd edir ki, bayram silahlı qüvvələrin əhəmiyyətinin dərk edilməsini simvolizə edəcək, eyni zamanda Almaniyada iki dünya müharibəsinin mirası səbəbindən ehtiyatlılıq qalır.
Bunu Financial Times yazır.
…”Veteran” termini 1955-ci ildə yaradılmış Bundesverin üzvləri ilə deyil, uzun müddətdir Vermaxt əsgərləri ilə əlaqələndirilir. Müharibədən sonrakı onilliklərdə Almaniyada veteranlara hörmət edilmirdi..?
Bunu Ehtiyatçılar Assosiasiyasının rəhbəri Patrik Sensburq bildirib.
Əli Babayev