Dünya

İranda “siçovul ovu”na başlanıldığı bildirirlir?


…İranın Müdafiə Nazirliyi İsrailin respublikaya genişmiqyaslı hücumundan sonra “siçovul ovu”na başlamağın vacibliyini vurğulayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Departamentin X sosial mediadakı yazısında deyildiyi kimi, “bir neçə siçovul vurmağın vaxtıdır”.

Ehtimallara görə, söhbət İranda xarici kəşfiyyat agentlərinin mövcudluğundan gedir.

İddialara görə, onların hərəkətləri respublikaya hücumlar həyata keçirməkdə İsrailə böyük kömək olub.

Hazırda İranda komandirlər və alimlər, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlami də daxil olmaqla bir neçə nəfərin həlak olduğu məlumdur.

Ölən və yaralananlar arasında qadın və uşaqların da olduğu iddia edilir.

Əli Babayev