Dünya

Rusiya taxılının qiyməti ucuzlaşmaqda davam edir…





Buğda qiymətləri 2024-cü ilin sentyabrından bəri ən aşağı səviyyəyə çatıb…



Rusiya taxılının qiyməti iyunun əvvəlində ucuzlaşmaqda davam edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, məlumatı SovEcon agentliyi təqdim edib. Həftə ərzində alış qiymətləri bir ton üçün 210 dollardan 290 dollara, satış qiyməti isə 248-250 dollardan 240-243 dollara düşüb.

Mütəxəssislərin fikrincə, ixrac qiymətləri daha da aşağı düşəcəyi üçün ixracatçılar yaxın aylarda zərər görəcək və ya sıfırla işləyəcək.

Bu barədə Forbes yazıb.

Taxıl İxracatçıları və İstehsalçıları İttifaqı hesab edir ki, 2025-ci ildə Rusiyada taxıl istehsalı 132-138 milyon tona yüksələcək ki, bunun da 85-90 milyon tonu buğda olacaq.

SovEcon fərqli proqnoz verir: 82,8 milyon ton. İl ərzində artım 5-10 faiz olacaq, hava şəraitinə görə daha yaxşı nəticələr əldə etmək mümkün olmayacaq.

Payızda quraqlıq, qışda az qar və yaz şaxtaları qış bitkilərinin məhsuluna təsir göstərəcək.

“Delivery by Sea” ixracatçı holdinqin informasiya texnologiyaları üzrə direktoru Pavel Konevin sözlərinə görə, buğda əkini sahələri azalır, çünki məhsul yetişdirmək sərfəli deyil.

Əvvəllər yazılıb ki, 2024-cü ildə Rusiyada taxıl yığımı 129,8 milyon tona çatıb.

Yeri gəlmişkən, Rusiya baş nazirinin müavini Dmitri Patruşev 2025-ci ildə taxıl məhsulunun ötən illə müqayisədə daha yaxşı olacağına inanır.

Əli Babayev