Dünya

İran Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücum edilib


İranın mərkəzindəki İsfahan əyalətində yerləşən obyektə hücum edilib. SİA xəbər verir ki, bu barədə “NourNews” agentliyi vilayət qubernatorunun müavininə istinadən məlumat yayıb.

“Bir saat əvvəl İsfahanda Müdafiə Nazirliyinə bağlı mərkəzə hücum edilib”, – agentlik rəsmi mənbədən sitat gətirir.

Qeyd olunur ki, əyalət hakimiyyət orqanları mümkün zərərin həcmini dəqiqləşdirir.