Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
SİA xəbər verir ki, Türkiyə lideri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edir, bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salamını və sevgilərini çatdırıram”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.