Siyasət

“Şuşa böyük bir zəfərin adıdır”


“Şuşa böyük bir zəfərin adıdır”. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu yeni dünyada Türk dünybunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının sədri Unal Üstel tədbir iştirakçılarını salamlayaraq konfransa ev sahibliyi edən Şuşa şəhərini dirənişin adı adlandıraraq deyib.

O bildirib ki, Şuşa bir millətin yenidən ayağa qalxmasının nümunəsi, adıdır: “Şuşa böyük bir zəfərin adıdır. Şuşanın zəfərini bir daha təbrik edirik. Şimali Kipr Türk Cümhuriyyəti olaraq can Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Bildirim ki, Qarabağ zəfərində Azərbaycan xalqının yaşadığı o böyük qüruru biz də öz qəlbimizdə hiss etdik. Çünki bu zəfər bütün Türk dünyasının zəfəridir. Çünki bu zəfər-qardaşlarımızın zəfəridir”.

Unal Üstel vurğulayıb ki, ası tək ürək, tək biləkdir. “Bunu bütün dünyaya göstəririk. Biz təkcə bir millətin nümayəndələri deyilik, eyni zamanda böyük bir sivilizasiyanın da daşıyıcılarıyıq. 2022-ci ildə ŞKTC Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçildi. Bu qəbul bizim böyük ailənin ayrılmaz hissəsi olduğumuzu bir daha nümayiş etdirdi. Bu gün Şuşadan bir daha bəyan edirik ki, Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyasının ayrılmaz bir parçasıdır. ŞKTC Şərqi Aralıq dənizində Türk dünyasının dənizə açılan qapısıdır”, -deyən U.Üstel bildirib ki, müasir dünyada milli suverenlik anlayışı sərhəd qorumaqla məhdudlaşmır – paralel olaraq milli kimliyini, dəyərlərini və iradəni qorumaqla tamamlanır: “Türk dövlətləri olaraq biz bunu bacardıq! Biz həm suverenliyimizi, həm də milli kimliyimizi, iradəmizi qoruduq. Şuşada keçirilən konfransın “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” adlanması həm nəzəri, həm də praktik baxımdan böyük əhəmiyyət daşıyır. Bu mövzu bizə bir daha göstərir ki, qarşılaşdığımız təhdidlər çoxşaxəlidir və əməkdaşlıq modellərimiz güclü olmalıdır”.

Ulusal Birlik Partiyası və ŞKTC olaraq Türk Dövlətləri Təşkilatı ilə hər sahədə inteqrasiyanı artırmaq istədiklərini dilə gətirən Baş nazir münasibətlərin inkişafı üçün belə görüşlərin keçirilməsinin əhəmiyyətli olduğunu deyib. O bildirib ki, bu baxımdan da Yeni Azərbaycan Partiyasına xüsusi təşəkkür borcluyuq. Tarixi tədbirə ev sahibliyi etmələri, siyasi baxışlarının təzahürüdür.

Ziya Hikmətoğlu