Siyasət

Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub


Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub. Şəhərdə turizmin inkişafına töhfə verən yeni hotellər, muzeylər, istirahət məkanları açılmaqdadır. Təkcə bu ayın ilk 10 günündə şəhəri ziyarət edənlərin sayı 25 mini keçib. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

A.Kərimov bildirib ki, Şuşada yeni inşa olunan məktəbdə 200-ə yaxın şagird təhsil alır. Müasir tələblərə cavab verən müalicə və sağlamlıq mərkəzi açılıb. Ən önəmli layihə isə şuşalılar üçün yeni yaşayış evlərinin tikilməsidir. Keçmiş məcburi köçkün olmuş 1409 şuşalı yeni inşa olunmuş 23 binadan ibarət ilk yaşayış kompleksində artıq məskunlaşıb. Növbəti aylarda şəhərdə 45 ədəd çoxmənzilli binadan ibarət daha 3 yeni yaşayış kompleksinin inşasına başlanacaq.