Azərbaycanın ötən il hasil etdiyi neftin həcmi açıqlandı
Bu ilin mayında Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 462 min barel səviyyəsində olub. SİA Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, aprel ayı ilə müqayisədə hasilatın həcmində dəyişiklik olmayıb.
2025-ci ilin aprelində da neft hasilatı orta hesabla 462 min barel səviyyəsində olub.
Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir. Azərbaycan bu ilin mayında OPEC+ çərçivəsində kvotadan 89 min barel geridə qalıb.