Sosial

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb


Bərdə-Tərtər yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hərəkətdə olan “KİA” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə zərbənin təsirindən hər iki avtomobil yoldan çıxaraq yol kənarındakı ağacları və elektrik xəttini qıraraq ağır qəza baş verib. Nəticədə “Mercedes” də olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.