Siyasət

Biz heç vaxt təcavüzkar olmamışıq


İran heç vaxt başqa ölkələrə qarşı təcavüz göstərməyib və gələcəkdə də bu cür niyyəti yoxdur. SİA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pəzeşkian “X” hesabında paylaşım edib.

“Biz heç vaxt təcavüzkar olmamışıq və olmayacağıq. Amma xalqımızla birlikdə vəhşi cinayətlər törədən düşmənə qarşı güclü şəkildə dayanacağıq”, – o bildirib.

O, həmçinin qeyd edib ki, xalq bu çətin vəziyyətdə möhkəm dayanır və dövlət də əlindən gələni edir ki, ölkədə həyatın normal axışı pozulmasın:

“Əziz xalqımız bu qarşıdurmada cəsarətlə dayanır. Dövlət də çalışır ki, insanların gündəlik həyatına maneə yaranmasın”, – Pəzeşkian vurğulayıb.