Dünya

Netanyahu Nyu Yorkun məhv edilməsi ehtimalından danışıb


Təl-Əviv bu gün müdafiə olunmasa, sabah Nyu-York şəhəri İranın hücumuna məruz qalacaq, ona görə də ABŞ vəziyyətə müdaxilə etməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, ABC telekanalı xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. …Bu gün Tel-Əvivdir. Sabah Nyu-York olacaq. Bax, mən “Öncə Amerika” prinsipini başa düşürəm. Amma “Amerika məhv edilir” prinsipini başa düşmürəm, – deyə siyasətçi bildirib.

Eyni zamanda Netanyahu ABŞ prezidenti Donald Trampın İsraili dəstəklədiyini və Amerika liderinin dəstəyini şəxsən yüksək qiymətləndirdiyini vurğulayıb.

Bundan əvvəl Netanyahu İranın ali dini lideri Əli Xamneyiyə sui-qəsd cəhdinin mümkünlüyünü istisna etməyib.

Xüsusilə, İsrail hökumətinin başçısı bəyan edib ki, o, “İranın ali liderinin sıradan çıxarılması imkanını istisna etmir”.

Əli Babayev