Tehrandakı mülki obyektlərə zərbələr endirilə bilər
İsrailin müdafiə naziri İsrael Kats Tehrandakı mülki hədəflərə zərbələr endirməklə hədələyib. SİA xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Bildirilib ki, bu, İran hərbi qüvvələrinin İsrail şəhərlərinin yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavab olacaq.
“Tehran sakinləri bunun əvəzini tezliklə ödəyəcəklər”, – o vurğulayıb.
Qeyd olunub ki, iyunun 13-dən bəri İsrailin mülki obyektlərinə endirilən zərbələr nəticəsində azı 21 nəfər həlak olub və 100-dən çox insan yaralanıb.