Dünya

“Əli Xamneyini Səddam Hüseynin aqibəti gözləyir..?”


…İsrailin müdafiə naziri İsrael Katz deyib ki, İranın ali dini lideri Ayətullah Əli Xamneyi İraqın edam edilmiş diktatoru Səddam Hüseynin taleyi ilə eyni aqibəti yaşaya bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

…Mən İran diktatorunu hərbi cinayətlərini və İsrail vətəndaşlarına qarşı raket hücumlarını davam etdirməməsi ilə bağlı xəbərdar edirəm… O, İsrail dövlətinə qarşı bu yolu seçmiş İranın qonşu ölkəsindəki diktatorun aqibətinin necə olduğunu xatırlamalıdır.

İsrael Katz bunu İsrailin ali hərbi rəhbərliyinin Tel-Əvivdə keçirilən görüşü zamanı deyib.

1979-cu ildən 2003-cü ildə devrilənə qədər İraqın prezidenti olan Səddam Hüseyn 1980-ci ildə İrana hücum etdi və 1991-ci ildə İsrailə qarşı raket kampaniyasına başladı.

Sonra, səkkiz il sonra müharibə dalana dirəndi.

Əli Babayev