Sosial

Energetika naziri Pərviz Şahbazov vətəndaşlarla görüşüb


Energetika naziri Pərviz Şahbazov Bakı şəhəri, Biləsuvar və Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

SİA-nın məlumatına görə, nazirlikdən xəbər verilir ki, görüş zamanı vətəndaşların elektrik naqilləri və dirəklərinin istismar vəziyyəti, enerji sərfiyyatının hesablanması, elektrik enerjisi və təbii qazdan istifadəyə görə borcun yaranması, sayğacların quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.