Qəzzada ölənlərin sayı 55 493 nəfərə çatıb
2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağının bombardmanı nəticəsində həyatını itirən mülki vətəndaşların sayı 55 min 493-ə yüksəlib. SİA xarici KİV-ə istinadən Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya hücumları ilə bağlı son məlumatları açıqlayıb.
Açıqlamada son 24 saatda Qəzza zolağında xəstəxanalara 61 ölü və 397 yaralının gəldiyi, cəsədlərdən 6-nın əvvəlki hücumlarda dağıntılar altında qalan mülki şəxslərə aid olduğu bildirilib. Nazirlik həmçinin İsrailin Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozmasından bu yana 5194 fələstinlinin öldüyünü və 17279 nəfərin yaralandığını açıqlayıb.