Dünya

Useyn Bolt Belqradda keçiriləcək “Expo 2027” sərgisinin səfiri olub


Dəfələrlə Olimpiya çempionu və sprint qaçışı üzrə rekordçu olan Useyn Bolt Serbiyanın paytaxtı Belqradın ev sahibliyi edəcəyi “Expo 2027” ixtisaslaşdırılmış sərgisinin ilk səfiri olub.

SİA xəbər verir ki, səkkizqat Olimpiya və on birqat dünya çempionu “Expo 2027”ni dünyaya təqdim etməkdən çox həyəcanlı olduğunu bildirib.

Serbiya Prezidenti Aleksandar Vuçiç isə “Expo 2027”nin ölkəsinin simasının dəyişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, sərgini Serbiyanın dünyanın ən inkişaf etmiş dövlətləri kimi uğurlu ola biləcəyinin göstəricisi kimi qiymətləndirib.

“Expo 2027” ixtisaslaşdırılmış sərgisi 2027-ci il mayın 15-dən avqustun 15-dək Belqradda keçiriləcək.