İsrail İranın Daxili Təhlükəsizlik Qərargahını ləğv edib..?
İsrailin müdafiə naziri İsrael Katz İranın Daxili Təhlükəsizlik Baş Qərargahının dağıdılmasından danışıb. Yerli mənbələr İran rejiminin başçısı Əli Xamneyinin gizləndiyi güman edilən ərazidə partlayışlar olduğunu bildirir.
SİA-nın məlumatına görə, bu barədə Details qeyd edir.
Müdafiə naziri İsrael Katz deyib ki, “…İF-in təyyarələri indi İran rejiminin Daxili Təhlükəsizlik Qərargahını, İran diktatorunun mərkəzi repressiv bölməsini məhv edib. Söz verdiyimiz kimi, güc simvollarına zərbələr endirməyə və hər yerdə Ayətullah rejiminə zərbələr endirməyə davam edəcəyik”.
Hücumlar təkcə bir qərargahla məhdudlaşmır. Partlayış səsləri Tehran və onun ətraf ərazilərində eşidilib.
Payam aeroportu, Xozhir, Parçin atəş altındadır.
Lavizan ərazisində güclü partlayış səsləri eşidilib.
İranın müxalifət kanalları isə rejimin başçısı Əli Xamneyinin bunkerinin məhz burada yerləşdiyini iddia edir.
Onun ləğv edilməsinə cəhdlə bağlı hələlik rəsmi məlumat yoxdur.
Əli Babayev