Turizm

Nə vaxt dayanacaqlarını bilmirlər və…donuz olurlar…





Rusiyalı qadın BƏƏ BƏƏ kurortlarında rusların davranışlarını tənqid edib



…Rusiyalı qadın anası ilə BƏƏ-yə tətilə getsə də, istirahətini mədəniyyətsiz davranan həmyerliləri pozub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qız həmyerlilərinin tətildə necə davrandığını danışıb.

Deməli, rusiyalı qadın anası ilə Şarja əmirliyində, Fars körfəzi yaxınlığında yerləşən dördulduzlu Occidental Sharjah Grand otelində qeydiyyatdan keçib və orada bir çox həmyerliləri ilə görüşüb.

Lakin turist onların bu davranışından şoka düşüb.

Lenta.ru ilə söhbətində Samirə onların davranışlarını “həddlərini bilmirlər və özlərini donuz kimi aparırlar” sözləri ilə izah edib.

Xüsusən də səhər yeməyi zamanı bufetdən əllərindən gələni alır, yeməkdən dadmaq üçün bir loxma yeyir, hamısını çölə atırlar.

Bununla belə, bir neçə ekzotik yemək təqdim edilir.

Samirənin sözlərinə görə, bu, iyun ayında BƏƏ-yə rusiyalı turist axınının olması ilə bağlıdır. Buna görə də onlara adi yemək – qarabaşaq yarması, omlet, tərəvəzli düyü verilirdi. Otel işçilərinə gəlincə, Samirə etiraf edib ki, turistlərin davranışlarına baxmayaraq, onlar mehriban və xoş xasiyyətlidirlər.

Nazlı Almuradova