Dünya

Qəzzada son 24 saatda 144 nəfər ölüb


İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında son 24 saatda 144 nəfər ölüb, 560 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağında qırğınlarını davam etdirir.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada Qəzza zolağında son 24 saatda 144 nəfərin öldüyü, 560 nəfərin yaralandığı bildirilib. İsrailin martın 18-də atəşkəsi birtərəfli qaydada pozmasından sonra 5 min 344 fələstinlinin həlak olduğu, 17 min 839 fələstinlinin isə yaralandığı bildirilib. Son məlumatlarla İsrailin hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana ümumi itkilərin 55 min 638-ə yüksəldiyi və yaralananların sayının 55 min 638-ə yüksəldiyi bildirilib.