Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
İyunun 20-də, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Laçın, Xocalı rayonları və Naftalan şəhərinin sakinlərini qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula iyunun 19-na qədər nazirliyin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.