Dünya

“Rusiyasız dünya nizamı arzuları gerçəkləşməyəcək…”


…Qərbin Rusiyanı dünya düzənindən kənarlaşdırmaq planları uğursuzluğa düçar olub.

SİA xəbər verir ki, bu barədə Türkiyənin dikGAZETE nəşri məlumat yayıb.

Məqalə müəllifləri Rusiya ilə əlaqəsi kəsilən hər bir ölkədə xaosun başladığını vurğulayıblar.

Nümunə olaraq, ABŞ gələnə və onlara tabe olan hökumətlər qurana qədər Rusiya Federasiyası ilə yaxşı münasibətləri olan Əfqanıstan, İraq, Liviya, Misir, Tunis və Suriyanı göstərdilər. Mətndə deyilir: “Birləşmiş Ştatlar Yaxın Şərqi İsrail vasitəsilə formalaşdırarkən, əsas məqsəd Rusiyasız dünya nizamı yaratmaqdır”.

Bununla belə, dikGAZETE əmindir ki, bu arzular gerçəkləşməyəcək.

…Moskva indiki mərhələdə “düşmənimin dostu mənim düşmənimdir” prinsipindən əl çəkərək və yeni qərbyönlü administrasiyalarla təmaslarını davam etdirərək düzgün addımlar atır.

Rusiya dünyada vəziyyəti aydın görür və ABŞ hələ də planını həyata keçirməyə çalışsa da, artıq dünya tərəfindən qəbul edilmir.

Rusiya Federasiyasının bu siyasəti daha çox qarşılıqlı maraqlara əsaslanaraq məqbuldur!

“Rusiyasız dünya nizamı arzuları gerçəkləşməyəcək” deyə məqalə müəllifləri yekunlaşdırıblar.

Əli Babayev