Dünya

Süni intellekt inqilabı enerji inqilabı olmadan baş verə bilməz…






ABŞ süni intellektdə lider olmaq istəyirsə, enerji sahəsində də lider olmalıdır…



…Süni intellekt rəqəmsal texnologiya kimi görünsə də, hər cavab və görüntünün arxasında serverlərdən tutmuş nadir torpaq minerallarına qədər real enerji istehlakı var.

SİA-nın məlumatına görə, bunu TIME jurnalı yazır.

OpenAI-nin baş direktoru Sam Altman ABŞ Konqresinə verdiyi ifadədə deyib ki,..gələcəkdə süni intellektin dəyəri enerjinin dəyəri olacaq.

Çip və avadanlıq istehsalının artan avtomatlaşdırılmasına baxmayaraq, enerji əsas məhdudiyyət olaraq qalır: “Elektron bir elektrondur” deyib Altman.

ABŞ-ın süni intellekt məlumat mərkəzlərinin ehtiyaclarını ödəmək üçün 90 GVt-a qədər əlavə gücə ehtiyacı olacağı proqnozlaşdırılır – bu təxminən 90 nüvə elektrik stansiyasına bərabərdir.

Süni intellektdə liderlik yarışında ucuz və təmiz enerjiyə malik ölkələr qalib gələcək.

Bununla belə, OpenAI daxil olmaqla, böyük süni intellekt şirkətləri karbon emissiyalarını açıqlamırlar.

Bu arada hesablamalar göstərir ki, OpenAI görüntü generatorunun işə salınmasından sonra ilk həftədə istifadəçilər 5 milyon kilovatsaatdan çox istifadə etməklə 700 milyon təsvir yaradıblar – bir həftə ərzində 24 000 Amerika evi…

Süni intellektin davamlı artımını təmin etmək üçün ABŞ karbon izi hesabatını həyata keçirməli, enerji siyasətini nəzərdən keçirməli və onu süni intellekt inkişafı ilə əlaqələndirməlidir.

Massaçusets qanun layihəsi, Süni İntellektin Ətraf Mühitə Təsirləri Aktı süni intellektin ətraf mühitə təsirlərinin uçotu sistemlərinin yaradılmasını təklif edir.

Senator Ted Budd dediyi kimi, “…enerji Çini məğlub etmək ilə Çini məğlub etməmək arasındakı fərqdir”.

ABŞ süni intellektdə lider olmaq istəyirsə, enerji sahəsində də lider olmalıdır..?

Əli Babayev