İqtisadiyyat

AMB və Dünya Bankı davam edən layihələrin cari statusunu müzakirə edib


Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (WB) arasında davam edən layihələrin cari statusu müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Taleh Kazımov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı 2025-2029-cu illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin əsas istiqamətləri, davam edən layihələrin cari statusu və perspektivdə olan təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.