İqtisadiyyat

Azərbaycan Cənubi Koreya ilə vergi əməkdaşlığını müzakirə edib


Azərbaycan və Cənubi Koreya arasında vergi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edilb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Koreya Respublikası Milli Gəlir Xidmətinin rəhbəri Kanq Minsu ilə görüş keçirib. Görüşdə tərəflər rəqəmsal texnologiyaların tətbiqi, vergi xidmətlərinin keyfiyyətinin artırılması və vergi ödəyiciləri ilə münasibətlərin təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

O.Nəzərli Azərbaycanın vergi sistemində aparılan islahatlar, Xidmətin 2025–2028-ci illəri əhatə edən Strategiyası çərçivəsində həyata keçirilən tədbirlər, vergi inzibatçılığında rəqəmsallaşma və könüllü əməletmənin təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

K.Minsu ölkəsində tətbiq olunan vergi idarəetmə modelləri, rəqəmsal texnologiyaların vergi sisteminə inteqrasiyası və beynəlxalq əməkdaşlıq təcrübələri barədə danışıb.

Görüşün sonunda qarşılıqlı əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.