Fransanın baş naziri Paris Aviasiya Sərgisində təyyarədə ilişib qalıb…
Fransanın baş naziri Fransua Bayru Paris Aviasiya Sərgisində Rafale qırıcısının kabinəsində ilişib qalıb.
SİA-nın məlumatına görə, La République des Pyrénées xəbər verir.
Bayrunun çölə çıxmaq cəhdlərinin videoları tədbiri ziyarət edənlər tərəfindən sosial şəbəkələrdə yayımlanır.
…Hər kəs Tom Kruz deyil və baş nazir Fransua Bayrou Paris Aviasiya Sərgisində Rafale-nin təqdimatı zamanı bunu ilk dəfə yaşayıb.
Bunu nəşr yazır.
Görüntülərdə Fransanın baş nazirinin əlləri ilə qırıcı təyyarənin kabinəsinin lyukundan tutaraq, təxminən 20 saniyə ərzində uğursuz şəkildə çölə qalxmağa çalışdığı görünür. Hadisə yerində olan pilot rəsmiyə bu absurd vəziyyətin öhdəsindən gəlməyə kömək edib.
Bundan əvvəl Makron G7 sammiti çərçivəsində rusiyalı Aleksey Plujnikovun “Capibara” mahnısının müşayiəti ilə çəkilmiş videonu dərc etmişdi.
Əli Babayev