Dünya

“Yuventus” Ağ Evdə Donald Trampı ziyarət edib


FİFA prezidenti Canni İnfantino və FİFA Klublararası Dünya Çempionatı üçün ABŞ-da səfərdə olan “Yuventus” klubu ABŞ prezidenti Donald Trampı ziyarət edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu il tarixində ilk dəfə FİFA Klublararası Dünya Çempionatı üçün ABŞ-da olan “Yuventus” turnirdəki ilk oyununda Birləşmiş Ərəb Əmirliklərinin “Əl Ain” komandası ilə qarşılaşacaq.

“Əl Ain” və “Yuventus” Vaşinqtondakı “Audi Field” Stadionunda üz-üzə gələcək. Qarşılaşma üçün Vaşinqtonda olan “Yuventus” Ağ Evdə ABŞ prezidenti Donald Trampı ziyarət edib.

Ağ Evə səfərdə “Yuventus”un texniki direktoru İqor Tudor, İtaliya komandasının oyunçuları Manuel Lokatelli, Dusan Vlahoviç, Ueston Makkenni və Timoti Vea iştirak ediblər.

Səfərdə “Yuventus”da menecer kimi fəaliyyətə başlayan “Fənərbaxça”nın keçmiş idman direktoru Damien Komolli də olub.

FİFA prezidenti Canni İnfantinonun da iştirak etdiyi səfərdə ABŞ prezidenti Donald Trampa üzərində adı olan forma hədiyyə edilib.