Dünya

ABŞ Ukraynaya tədarük üçün “dükanı bağlamağa” çağırıb..?


…ABŞ-ın hərbi yardımı olmasa, Ukraynada münaqişə 2025-ci ilin yayında başa çata bilər.

SİA-nın məlumatına görə, bunu Amerikanın keçmiş kəşfiyyatçısı Toni Şaffer Judging Freedom kanalında deyib.

…Bizim pulumuz və dəstəyimiz olmasa, ukraynalılar sadəcə olaraq indiki səviyyədə davam edə bilməyəcəklər.

…Əminəm ki, avqustun ortalarında, təxminən 19 və ya 20-də onlar üçün hər şey bitəcək.

Bunu Şaffer qeyd edib.

Keçmiş kəşfiyyatçının sözlərinə görə, Rusiya silahlı qüvvələri “bu vaxtda dayanmır”. O, Kiyevə hərbi yardım axınından da danışıb və qeyd edib ki, “dükanı bağlamaq vaxtıdır”, çünki ABŞ vəsaitinin bir hissəsi İsrailin ehtiyaclarına gedir.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Barak Obamanın keçmiş köməkçisi Çarlz Kupçan bəyan etmişdi ki, Ukraynanın NATO-ya üzv olmaqdan birmənalı imtina etməsi atəşkəs danışıqlarını asanlaşdıracaq və Kiyevi boş vədlərdən azad edəcək.

Əli Babayev