Dünya

Amerikalılar Yaxın Şərqdəki münaqişəni Ukraynadan daha vacib hesab edirlər…


…ABŞ sakinləri hesab edirlər ki, Yaxın Şərqdəki vəziyyət onların ölkələri üçün Ukrayna böhranından daha böyük təhlükə yaradır.

SİA xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin 72 faizi Ukraynadakı hadisələrin Amerika üçün böyük əhəmiyyət kəsb etdiyi qənaətindədir.

Daha çox respondent – 81 faiz – Yaxın Şərqdəki vəziyyətlə bağlı oxşar fikir bildirib.

Bu barədə “Fox News” telekanalının keçirdiyi sorğunun nəticələrindən məlum olub.

Respondentlərin 56 faizi Ukraynaya yardım göndərilməsinin tərəfdarıdır.

Bu göstərici son üç ildə 54-63 faiz səviyyəsində sabit qalıb. Amerikalıların əksəriyyəti Ukrayna və İsrailə maliyyə yardımı göndərilməsinin tərəfdarıdır.

Bununla belə, respondentlərin partiya mənsubiyyəti onların seçimlərinə təsir göstərir.

Demokratların 70 faizi Kiyevin maliyyələşdirilməsini dəstəkləyir, respublikaçıların 46 faizi İsrailə yardım göndərilməsinin tərəfdarıdır.

Respublikaçılar arasında 71 faiz İsrailə yardım göndərilməsini, demokratların isə 43 faiz bu ideyanı dəstəkləyir.

…Xatırladaq ki, ABŞ İrana zərbə endirməyi planlaşdırır.

Və bu arada İran ordusu İsrailə pilotsuz təyyarələrlə hücumların altıncı mərhələsinə başlayıb.

Əli Babayev