Azərbaycanla Küveyt arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq sənədi təsdiqlənib
Azərbaycanla Küveyt arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Sənəd 2025-ci il aprelin 30-da Əl-Küveyt şəhərində imzalanıb.
Fərmanla Kənd Təsərrüfatı Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Küveyt hökumətinə bildiriş göndərmək tapşırılıb.