Dünya

BMT TŞ təcili iclas keçirəcək


İyunun 20-də BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynanı kütləvi şəkildə atəşə tutması ilə əlaqədar təcili iclas keçirəcək. SİA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Andrey Sibiqa sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, rəsmi Kiyev gözləyir ki, BMT Təhlükəsizlik Şurasına üzv dövlətlər Rusiyanın çoxsaylı mülki əhalinin tələfatına səbəb olan zərbələri ilə bağlı prinsipial mövqe ortaya qoyacaq və Rusiyaya təzyiqlərin artırılmasının zəruriliyi barədə konkret qərar qəbul edəcək. Ukrayna həmçinin beynəlxalq ictimaiyyəti daha fəal dəstək verməyə, xüsusən də əlavə hava hücumundan müdafiə vasitələri təqdim etməyə çağırır. Sibiqa xatırladıb ki, Kiyevin Amerikanın tam atəşkəs təşəbbüsü ilə razılaşmasından 100 gün keçib. Moskva sülh təkliflərini rədd edir və mülki infrastrukturlara hücumu davam etdirir.