“Böyük Qayıdış cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsidir”
“Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə Böyük Köçün həyata keçirilməsi Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli yaddaşımızın, kimliyimizin və əzəli torpaqlarımıza bağlılığımızın parlaq təcəssümüdür”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Onun sözlərinə görə, bu insanların ata-baba yurdlarına qayıdışı və 30 illik ədalətsizliyə verilən cavab, milli ləyaqətin və ərazi bütövlüyünün bərpası deməkdir: “Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri nəticəsində Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış məntəqələri, infrastruktur, məktəblər, xəstəxanalar və iş yerləri yaradılır. Bu proseslərin həyata keçirilməsi yaşayış mühitinin və eyni zamanda iqtisadi və sosial həyatın bərpasını təmin edir.
Böyük Qayıdış xalqımızın iradəsinin, dövlətimizin gücünün və Cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsidir. Bütün bunlar göstərir ki, Azərbaycan heç bir zaman öz torpaqlarından, suveren hüquqlarından və milli maraqlarından vaz keçməyib və keçməyəcək.
Qayıdışla birlikdə Qarabağda həyat yenidən canlanır, yurd yerlərimizdə Azərbaycan bayrağı əbədi dalğalanır”- deyə o əlavə edib.
Müəllif: Günel Rəşadqızı