Dünya

İsrail Tehrana silsilə zərbələr endirib


İsrail ordusu (SAXAL) iyunun 19-da axşam saatlarında İran paytaxtının mərkəzi rayonlarına silsilə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyata İsrail Hərbi Hava Qüvvələrinin 60-dan çox qırıcı cəlb olunub və 120-yə yaxın mərmi atılıb. Hücum zamanı onlarla hədəf, o cümlədən raket istehsalı müəssisələri və Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatının qərargahı vurulub.

Bundan öncə isə İran İsrailin Beer-Şeva şəhərini raket atəşinə tutub. “The Times of Israel” qəzetinin məlumatına görə, raketlərdən birinin yaşayış binalarının yanına düşməsi nəticəsində tikiliyə zərər dəyib və bir neçə avtomobil yanıb.