Netanyahu oğlunun toyunu yenə təxirə saldı
İsrailin Baş naziri Benyamin Netanyahu oğlunun toyunu növbəti dəfə təxirə salıb. SİA xəbər verir ki, Baş nazir bu barədə özü bildirib. Ailəsinin İsrail xalqı ilə hazırda eyni böhranlarla üzləşdiyini bildirən nazir oğlu Avnerin toyunun təxirə salınmasının vacib olduğunu qeyd edib: “Oğlum Avner ikinci dəfədir ki, raket təhdidlərinə görə toyunu ləğv edir. Bu, onun nişanlısı üçün də əlavə xərcdir. Amma öldürülmüş insanlar, yaxınlarını itirən ailələr var, mən bunu həqiqətən böyük qiymətləndirirəm”.
Qeyd edək ki, Avner Netanyahunun toyu əvvəlcə noyabr ayına planlaşdırılsa da, təhlükəsizlik səbəbi ilə təxirə salınıb. Onun toyu bazar ertəsi keçirilməli idi.