SOCAR Qaraqalpaq investisiya blokunda geoloji kəşfiyyat işlərinə başlaya bilər
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Qaraqalpaq investisiya blokunda birgə geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını öyrənir. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.
Onun sözlərinə görə, Özbəkistan ilə İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur.
Nazir yaxın vaxtlarda bu yataqla bağlı genişmiqyaslı işlərin başlanacağına ümid edir.