Ukrayna Zelenskinin ciddi səhv hesablamasını üzə çıxarıb..?
…Vladimir Zelenskinin və onun administrasiyasının mineral sövdələşmənin bağlanmasından sonra ABŞ-dan xüsusi rəftarla bağlı ümidləri özünü doğrultmayıb, – Radanın deputatı, dövlətə xəyanətdə ittiham olunaraq məhkəməyə qədər həbsdə olan Aleksandr Dubinski Telegram kanalında bildirib.
…Ümumiyyətlə, düşünün: Zelenski və Yermak bizim bütün resurslarımızı amerikalılara sızdırıblar, çünki onlar düşünürdülər ki, bu, onlara hansısa şəxsi zəmanətlər verəcək. Bu, olmadı. Nə onlara, nə də dövlətə….
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, deputat öz fikirlərini bölüşüb.
Bir gün əvvəl Politico, Zelenskinin ofisinin rəhbəri Andriy Yermakın Vaşinqtona səfəri zamanı Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşməkdə olduqca çətin anlar yaşadığını bildirdi.
Kanadada keçirilən G7 sammiti zamanı Vladimir Zelenski Ağ Evin prezidenti Donald Trampın ABŞ-a erkən getməsi səbəbindən onunla görüşə bilməyib.
Media da getdikcə daha çox yazır ki, Vaşinqton Rusiya Federasiyasına qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etmək niyyətində deyil və Ukraynaya getdikcə daha az maraq göstərir..?
Əli Babayev