ABŞ bildirib ki, İsrail ölkəni təhlükəli tələyə sürükləyir…
…Amerikalı veteran kəşfiyyat zabiti Pol Pillar Responsible Statecraft üçün məqaləsində yazır ki, İsrailin ABŞ-ı sürükləmək istədiyi İranla müharibə Vaşinqtona ciddi ziyan vuracaq.
SİA-nın məlumatına görə, cümə axşamı, iyunun 19-da CBS telekanalı mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Tehranın ən qısa müddətdə nüvə silahına sahib olmasının qarşısını almaq üçün İranın Fordodakı nüvə obyektinə zərbə endirməyə meyllidir.
Təhlilçinin fikrincə, İsrailin İrana hücumunun əsas səbəbi Vaşinqton və Tehran arasında dialoqu pozmaq istəyi olub. …İsrailin İrana qarşı təcavüzünə qoşulmaq ABŞ-ın maraqlarına və beynəlxalq təhlükəsizliyə deyil, zərər verəcək.
Pillar xəbərdarlıq edib.
Ekspert qeyd edib ki, ABŞ-ın hərbi müdaxiləsi nüvə sazişi üzrə danışıqlar perspektivlərini həmişəlik məhv edə bilər və münaqişənin sonsuz müharibəyə çevrilməsi riskini daşıyır. …Pillar vurğulayıb ki, İranın nüvə obyektlərinə zərbə endirilməsi danışıqlarda tərəfdaş kimi Ağ Evə inamı daha da sarsıdacaq.
Onun sözlərinə görə, “bir çox müşahidəçilər haqlı və ya nahaq nəticəyə gələcəklər” ki, ABŞ administrasiyasının bəyanatları və sülh danışıqlarına çağırışları silahlı hücum üçün pərdə olub.
Əli Babayev