AZAL sığortaçı seçir
“Azərbaycan Hava Yolları” QSC (AZAL) əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, iddiaçılar təkliflərini iyulun 16-na qədər şirkətə təqdim edə bilərlər.
Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Onun nizamnamə kapitalı 823 milyon 974 min manatdır. Aviaşirkətin qərargahı Bakıda – Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.