Siyasət

Diplomatlar Şuşada Mehmandarovların malikanəsini ziyarət ediblər


Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların nümayəndələrinin daxil olduğu nümayəndə heyəti Şuşa şəhərində tarixi Mehmandarovların Evini ziyarət edib. SİA xəbər verir ki, qonaqlar XVIII əsrə aid malikanənin memarlıq ansamblı ilə tanış olublar.

Ermənistanın işğalı dövründə hamam da daxil olmaqla binaların böyük hissəsi dağıdılmışdı. Mehmandarovların kiçik evi uzun illər baxımsız qalmışdı.

Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan bərpa işləri apararaq malikanənin tarixi görünüşünü yenidən canlandırıb.