Mərkəzi banklar qızıl ehtiyatını artırır
Qızılın sürətlə bahalaşmasına rəğmən mərkəzi banklar bu metalı almağa israrlıdır. SİA xəbər verir ki, Beynəlxalq Qızıl Şurasının sorğusu zamanı məlum olub ki, mərkəzi bankların 43 faizi yüksək qiymətə rəğmən qızıl almaqda israrlıdır. Bu, 2018-ci ildən sonra ən yüksək göstəricidir. 2024-cü ilin aprelində mərkəzi bankların cəmi 23 faizi metal ehtiyatını artırmaq niyyətində idi.
Rəyi öyrənilmiş 72 qurumun heç biri qızıl rezervini azaltmağı planlaşdırmır. Son statistikaya görə, mərkəzi bankları rəsmi açıqlanan qızıl ehtiyatları 36 min tonu ötüb. Bu da daha bir tarixi maksimumdur.
Qeyd edək ki, qızıl ilin əvvəlindən 31 faiz bahalaşıb.