“Rusiya Avropadakı rahibələrdən casus kimi istifadə edir”..?
Estoniya hökuməti xəbərdarlıq edib ki, Kreml Avropaya qarşı hibrid müharibənin bir hissəsi kimi Rusiya təbliğatını yaymaq üçün Baltikyanı bölgədəki ucqar monastırın rahibələrindən istifadə edir.
SİA-nın məlumatına görə, “The Telegraph” yazır ki, ölkənin şərqində yerləşən və dünyəvi işlərdən uzaq olduğunu rəsmən bəyan edən Pyuxtitsa monastırı əslində Kremlyönlü rəvayət yayır ki, guya Qərbdə din azadlığı təhdid edilir.
…Xəbər verilir ki, Rus Pravoslav Kilsəsinin rahibələri Estoniya hakimiyyəti ilə Rus Pravoslav Kilsəsinin ruhani lideri və Ukraynaya qarşı müharibənin fəal tərəfdarı olan Patriarx Kirilllə əlaqələrini kəsməyi tələb edən yeni qanuna görə uzun sürən münaqişədədirlər.
Monastır kanonik qaydalara istinad edərək Moskva Patriarxlığı ilə münasibətləri pozmaqdan imtina edir və hakimiyyəti onu “geosiyasi məsələlərdə neytrallıqdan” əl çəkməyə məcbur etməkdə ittiham edir.
Bununla belə, Estoniya Daxili İşlər Nazirliyi bu “neytrallığı” rədd edir və monastırın Qərbin guya günahsız pravoslav rahibələrinə zülm edən təcavüzkar kimi göstərildiyi “Rusiyanın informasiya müharibəsi”nin bir hissəsi olduğunu iddia edir.
Nazirlik yeni qanunun monastırın bağlanmasına yönəldiyi barədə iddiaları da təkzib edib.
…Bu monastır təkcə dini qurum deyil, Estoniya ərazisindəki “Rus dünyası” ideologiyasının simvoludur. Rusiya dövləti və Moskva Patriarxlığı tərəfindən təbliğ edilən bu ideologiya din, millətçilik və imperiya nostaljisini özündə birləşdirir.
Bunu hökumət sözçüsü Martin Tulit The Telegraph-a bildirib. Onun sözlərinə görə, monastırın abbessi Filaret Kalatşova 2011-ci ildə şəxsən Patriarx Kirill tərəfindən təyin edilib. Nəticədə o, Estoniya tarixinin rəsmi rus şərhini əks etdirən fikirləri təbliğ edir.
Əli Babayev