Dünya

Rusiya hərbçiləri Zaporojye qəsəbəsini tutublar


Rusiya hərbçiləri Donetsk vilayətinin Zaporojye qəsəbəsini tutublar. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Vostok” qüvvələr qrupunun bölmələri düşmənin müdafiəsinin dərinliklərinə doğru irəliləməyi davam etdirib və qətiyyətli hərəkətlər nəticəsində Donetskin Zaporojye qəsəbəsini nəzarətə götürüb”, – Rusiya hərbi idarəsinin bəyanatında deyilir.

Bundan əlavə, ötən gecə Rusiya Silahlı Qüvvələri Donbassdakı Ukrayna Silahlı Qüvvələri qruplaşmalarını yanacaqla təmin edən hərbi aerodromun infrastrukturuna və yanacaq-energetika kompleksi obyektinə yüksək dəqiqlikli hava, quru və dəniz silahları, eləcə də zərbə PUA-ları ilə qrup zərbəsi endirib.

“Zərbənin məqsədinə nail olunub. Bütün təyin olunmuş hədəflər vurulub”, – nazirlikdən bildiriblər.