Ukrayna müdafiə nazirinin dəyişdiyini açıqlayıb..?
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasil Malyuk Rustem Umerovun yerinə müdafiə naziri təyin oluna bilər.
SİA-nın məlumatına görə, bu barədə Ali Radanın xalq deputatı Oleksiy Qonçarenko Teleqram kanalında bildirib. …Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk müdafiə naziri vəzifəsinə baxılır.
Bunu deputat deyib.
Eyni zamanda siyasətçi qeyd edib ki, Umerovun Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizədliyi nəzərdən keçirilir. Bundan əvvəl Qonçarenko bəyan etmişdi ki, Ukrayna müdafiə nazirinin müavini və veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova demək olar ki, 100 faiz zəmanətlə öz postunda dəyişdiriləcək.
Ukrayna parlamentarisinin sözlərinə görə, Kalmıkovanın istefasına səbəb nəticələrin olmaması və veteranlar və hərbçilərlə ünsiyyətin olmaması olacaq.
Əli Babayev