ABŞ İrana zərbələr zamanı 75 dəqiq idarə olunan sursatdan istifadə edib
ABŞ İrana zərbələr zamanı ümumilikdə 75 dəqiq idarə olunan sursatdan istifadə edib. SİA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn deyib.
“ABŞ Ordusu əməliyyat zamanı təqribən 75 dəqiq idarə olunan sursatdan istifadə edib. Onların arasında, Prezidentin artıq dediyi kimi, döyüş şəraitində ilk dəfə istifadə olunan 14 GBU-57 bombası olub”, – o, Pentaqon rəhbəri Pit Heqsetlə birgə mətbuat konfransında bildirib.